Qarayev nazirlər toplantısında - Fotolar

Qarayev nazirlər toplantısında
Oxunma sayı: 774

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Ümumdünya Turizm Forumunda iştirakı davam edir.

"Qafqazinfo" xəbər verir ki, 2017-ci ilin 16 fevral tarixidə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Türkiyənin  İstanbul şəhərində keçirilən Ümumdünya Turizm Forumu çərçivəsində Nazirlər Toplantısında çıxış edib. 

Nazir öz çıxışında Azərbaycanda turizmin inkişafı, Azərbaycan prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”, 2017-ci ilin 5-6 may tarixində Bakı şəhərində keçiriləcək lV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, mədəniyyətlərarası dialoqda turizmin rolu və turistlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı beynəlxalq mexanizmlərin zəruriliyi barədə fikirlər səsləndirib. 





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi