Qarayev səfirlə görüşdü

qarayev-sefirle-gorusdu
Oxunma sayı: 641

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Portuqaliyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Paula Leal da Silvanı qəbul edib. 

"Qafqazinfo" xəbər verir ki, görüşdə Azərbaycan və Portuqaliya arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.

Əbülfəs Qarayev Portuqaliya Respublikasının mədəniyyət nazirindən ünvanlanmış dəvətə görə təşəkkür etdi və cari ilin may ayının ortalarında Portuqaliyaya səfərinin nəzərdə tutulduğunu bildirib.

Görüş zamanı sözügedən səfər çərçivəsində ölkəmizin zəngin mədəni irsinin təbliğatı ilə yanaşı Azərbaycan Respublikasının turizm şirkətlərinin iştirakı ilə ölkəmizin turizm potensialının təqdimatının təşkilinin zəruriliyi qeyd olunub.

Həmçinin iki ölkə arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığa dair müvafiq hüquqi bazanın yaradılması istiqamətində görülən işlər müzakirə edilib.