Qarayev səfirlə görüşdü

Qarayev səfirlə görüşdü
Oxunma sayı: 367

Bu gün Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İtaliya Respublikasının ölkəmizdəki səfiri Auqusto Massari ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, görüşdə Azərbaycan və İtaliya arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.

Nazir Əbülfəs Qarayev, “Azərbaycan Respublikası Hökuməti və İtaliya Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti və İtaliya Respublikası Hökuməti arasında mədəniyyət, elm və texnologiya sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə İtaliya Respublikasının Mədəni İrs və Fəaliyyət, Turizm Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Roma şəhərinin meriyası arasında Saziş”in imzalanması ilə Azərbaycan və İtaliya arasında sözügedən sahələrdə əməkdaşlığa dair zəruri hüquqi bazanın formalaşdırıldığını qeyd edib.

Görüş zamanı həmçinin Azərbaycan və İtaliya ekspertlərinin birgə iştirakı ilə həyata keçirilən “Mədəniyyət sektorunun idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək” tvinninq layihəsi çərçivəsində görülən işlər, o cümlədən muzey işi, mədəni sərvətlərin idxalı, ixracı və Azərbaycan Respublikası ərazisindən tranzitlə keçirilməsi üzrə milli qanunvericiliyin və yerli praktikanın təkmilləşdirilməsi istiqamətində təcrübə mübadiləsi barədə danışılıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi