Qarayev vətəndaşları qəbul etdi - Fotolar

qarayev-vetendaslari-qebul-etdi
Oxunma sayı: 812

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iyulun 18-də Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində Şəmkir, Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Qazax və Tovuz rayonlarından olan vətəndaşları qəbul edib.

“Qafqazinfo”xəbər verir ki, tədbirdən öncə nazir Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib. Sonra nazir Heydər Əliyev Mərkəzi ilə tanış olub.

Nazirliyin məsul əməkdaşlarının iştirak etdikləri qəbulda 30-dan artıq vətəndaşın müraciətinə baxılıb. Budəfəki görüşdə də müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyəti, tarixi-mədəni abidələrin təmir-bərpası, bölgələrdə turizmin təşviqi və digər məsələlərlə bağlı olub.

Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapıb, qaldırılan digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Nazir Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində ölkə başçısının tapşırığı ilə yerlərdə mütəmadi olaraq keçirilən bu cür görüşlərin əhəmiyyətini bir daha diqqətə çatdırıb. Bildirib ki, vətəndaşlarla ünsiyyət, onlar tərəfindən edilən müraciətlər ümumi işimizin daha səmərəli olmasına zəmin yaradır.