Qardaş evli bacısını görüşə çağıran kişini bıçaqladı - - Gəncədə

qardas-evli-bacisini-goruse-cagiran-kisini-bicaqladi-
Oxunma sayı: 3214


Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları əməliyyat axtarış tədbirləri nəticəsində fevralın 13-də Etibar Əliyevi bıçaqlayan şəxsi saxlayıblar. Bu, Gəncə şəhər sakini Məmmədhəsən Həsənovdur. O, Etibar Əliyevi bacısı Aygün Həsənova ilə aralarında olan münasibətə görə bıçaqlayıb.

Belə ki, M.Həsənov bacısına E.Əliyevə zəng vuraraq 5-ci mikrorayon ərazisinə çağırmağı tələb edib. E.Əliyev həmin əraziyə gələndə isə ona 4 bıçaq zərbəsi endirib.

Qeyd edək ki, E.Əliyev və A.Həsənova hər ikisi ailəlidir.