Qardaş qardaşı bıçaqladı

qardas-qardasi-bicaqladi
Oxunma sayı: 902



“Qafqazinfo” xəbər verir ki, Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə sentyabrın 12-də saat 20 radələrində şəhərin Təbriz küçəsində baş verib. Gəncə şəhər sakini, 1996-cı il təvəllüdlü Qurban Musayev yaşadığı evin qarşısında şəxsi münasibətlər zəminində, qardaşı, 1997-ci il təvəllüdlü Cavid Musayevi bıçaqlayıb. C. Musayev döş qəfəsinin və qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.  Onun səhhətinin ağır olduğu bildirilir. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.