Qardaşı arvadını öldürən məhkəməyə çıxarılır

qardasi-arvadini-olduren-mehkemeye-cixarilir
Oxunma sayı: 1078

Qardaşı arvadını öldürməkdə təqsirləndirilən Ələsgər Abdullayevin cinayət işi üzrə istintaq yekunlaşıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə 2018-ci il avqustun 8-də saat 07:00 radələrində Binə qəsəbəsi, Əşrəfov küçəsində baş verib.

1975-ci il təvəllüdlü Abdullayeva Ələsgər Hafiz oğlu qardaşı arvadı, 1973-cü il təvəllüdlü Abdullayeva Rübabə Xudaşükür qızını bıçaqlayaraq qətlə yetirib. O, cinayəti törətdikdən sonra polis bölməsinə gedərək təslim olub.

Ə.Abdullayev ilkin ifadəsində qardaşı arvadını qısqanclıq zəminində öldürdüyünü, bu yolla qardaşının ailəsinin şərəf və namusunu qoruduğunu deyib. 

Ə.Abdullayev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur. Onun cinayət işi baxılması üçün artıq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə istintaqı hakim Rahib Salmanovun sədrliyi ilə aparılacaq.

Murad Əhməd