Qardaşı arvadını öldürən Nəriman saxlanıldı

qardasi-arvadini-olduren-neriman-saxlanildi
Oxunma sayı: 6294

Ağsuda qardaşı arvadını qətlə yetirən Qiyaslı kənd sakini Nəriman Zahidov  hüqüq mühafizə orqanları tərəfindən saxlanılıb.

"Qafqazinfo" xəbər verir ki, 19 yaşlı Xumar Zahidovanı öldürməkdə təqsirli bilinən N.Zahidov  barəsində Ağsu rayon Prokurorluğunda ARCM 120.1 maddəsi ilə cinayət işi açılıb,istintaq davam edir.

Qeyd edək ki, hadisə səhər saatlarında baş verib. Nəriman Zahidov 19 yaşlı Xumar Zahidovanı kəndirlə boğaraq öldürüb. Öldürülən qadın iki aylıq körpə anası olub. O, həm də Nərimanın bibisi qızı olub.

Rəşad Türkoğlu