Qardaşı, əri bıçaqladı ölmədi, qaynı isə öldürdü - Yenilənib

qardasi-eri-bicaqladi-olmedi-qayni-ise-oldurdu-yenilenib
Oxunma sayı: 662

Sabunçu Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, mayın 29-da saat 23:00 radələrində Maştağa qəsəbəsi Mirəliyev küçəsi 82 ünvanında yaşayan 1983-cü il təvəllüdlü Quliyeva Əzəmət Nurəddin qızının üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib. 30 yaşlı qadının bıçaqlanaraq qətlə yetirildiyi müəyyən edilib.

İstintaq zamanı məlum olub ki, onu öldürən qaynı, 1967-ci il təvəllüdlü Quliyev Rəfail Balakərim oğludur. Quliyev şübhəli şəxs qismində saxlanılıb.

Sabunçu rayon Porkurorluğundan Cinayət Məcəlləsinin 121.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrumetmə) maddəsi ilə cinayət işi açılıb.

Faktla bağlı araşdırma aparılır.

***
Bakıda qadının qətli ilə bağlı ilkin məlumat yayılıb. Sabunçu Rayon Polis İdarəsindən milli.az-a verilən məlumata görə, Əzəmət Quliyeva qısqanclığın qurbanı olub. Üç uşaq anası olan Ə.Quliyevanın başqa şəxslə görüşdüyünü hiss edən qaynı Rəfael Quliyev onu öldürüb.

Dünən çoxsaylı bıçaq zərbələri ilə qanına qəltan edilən qadın bir neçə dəfə ölümlə üz-üzə qalıb. Onu bir dəfə öz qardaşı, sonra isə həyat yoldaşı bıçaqlayaraq məhkum olunublar. Ancaq Ə.Quliyevanı hər iki halda həkimlər xilas ediblər. Dünən isə qaynı Rəfael Quliyevin bıçaq zərbələri qadın üçün son olub. Yaşadığı evdə çoxsaylı bıçaq zərbələri alan Əzəmət canını tapşırıb.

Tutulan R.Quliyev əvvəllər də bir neçə dəfə narkotik cinayəti üstündə məhkumluq həyatı yaşayıb.