Qardaşı öldü, anası yaralandı - Qəzada

Qardaşı öldü, anası yaralandı
Oxunma sayı: 68

Dünən Xızı rayonunda bir ailənin 3 üzvü qəzaya düşüb.

“Qafqazinfo”nun Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, iyulun 16-da saat 12 radələrində Xızı rayonunun Baxışlı kəndi ərazisində Bakı şəhər sakinləri Faiq Cəfərovun idarə etdiyi "Hyundai" və Vasuf Qarayevin idarə etdiyi "Range Rover" markalı avtomobillər toqquşub.

Nəticədə F.Cəfərovun sərnişinləri - anası Elmira və qardaşı Niyaz xəstəxanaya yerləşdirilib, Niyaz orada ölüb. 

Xızı RPŞ tərəfindən araşdırma aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi