“Qardaşım, köçürə bildin?” qəbul imtahanında - Maraqlı pankart

“Qardaşım, köçürə bildin?” qəbul imtahanında
Oxunma sayı: 4624

Xəbər verdiyimiz kimi, Azərbaycanda bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib.

"Qafqazinfo" xəbər verir ki, 35 min 433 abituriyentin iştirak etdiyi imtahanlarda biliyini sınayanlarla yanaşı, yaxınları, dostları da diqqət mərkəzində olub.

Belə ki, Memarlıq və İnşaat Universitetində (AzMİU) dostunu gözləyən bir qrup gənc maraqlı pankart hazırlayıb. Pankartda "Qardaşım, köçürə bildinmi?" şüarı qeyd olunub.

Bu arada xatırladaq ki,  abituriyentlərdən 32 min 89-u Azərbaycan bölməsinin (II qrup üzrə 16 min 612, III qrup üzrə 15 min 477 nəfər), 3 min 344-ü rus bölməsinin (II qrup üzrə 2 min 69, III qrup üzrə 1275 nəfər) məzunudur. 177 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1961-ci ildən, ən gənci isə 2002-ci ildəndir.

 




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi