“Qardaşıma haqsızlıq etdilər” - Ronaldonun bacısı

qardasima-haqsizliq-etdiler
Oxunma sayı: 4857

Xəbər verdiyimiz kimi, “Yuventus”un portuqaliyalı ulduzu Kriştianu Ronaldo Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Valensiya”ya qarşı keçirilən oyunda meydandan qovulub.

“Qafqazinfo”nun məlumatına görə, hücumçunun bacısı Katya Uveryu da qardaşına verilən qırmızı vərəqəyə biganə qalmayb: “Bu qədər utanc qərar nəyə lazımdır. Ədalətli olmaq çətindir? Qardaşıma haqsızlıq edirlər, ancaq Allah hər şeyi görür”.

Xatırladaq ki,  Ronaldo ev sahiblərinin müdafiəçisi Ceyson Murilyo ilə toqquşmadan sonra əli ilə rəqibin başına toxunub. Matçın baş hakimi onun bu davranışını idmana yaraşmayan hərəkət kimi qiymətləndirib.