Qardaşının maşınını qaçırtdı

Qardaşının maşınını qaçırtdı
Oxunma sayı: 603

Oktyabrın 5-də Tərtər şəhər sakini Sərxan Əlizadə saat 14 radələrində “NAZ Lifan” markalı avtomobilinin qaçırılması barədə Rayon Polis Şöbəsinə müraciət edib. 

“Qafqazinfo” DİN-ə istinadən xəbərə verir ki, Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən avtomobilin paytaxt ərazisində hərəkətdə olması müəyyən edilib. 

Bakı BPİ-nin Dövlət Yol Polis İdarəsi və Nizami RPİ-nin 25-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə avtomaşın Q.Qarayev prospektində saxlanılıb. 

Onu idarə edən şəxs adıçəkilən polis bölməsinə gətirilib. Araşdırmalarla onun S.Əlizadənin qardaşı, Tərtər rayon sakini Sərvan Əlizadə olduğu məlum olub. 

Faktla bağlı Tərtər RPŞ tərəfindən araşdırma aparılır.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi