Qardaşlardan narkotik tutuldu

qardaslardan-narkotik-tutuldu
Oxunma sayı: 645

Noyabrın 22-də Nəsimi rayonu ərazisində, Bakı şəhər sakini Elməddin Quliyevin "Daewoo" markalı avtomaşınına sərnişin qismində oturmuş 2 naməlum şəxs küt alətlə ona baş nahiyəsindən xəsarət yetirib, 80 manat pulunu alıb.

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş, şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Tural Bacanov və onun qardaşı Tərlan tutulub. Turaldan 1,7 qram, Tərlandan isə 1,6 qram heroin götürülüb. Araşdırmalar zamanı noyabrın 16-da Tofiqə Qasımova qarşı quldurluğun Tərlan və Tural Bacanov qardaşları tərəfindən törədilməsi də müəyyən edilib.