“Qardaşlarımın ikisi də 44 yaşında öldü” - Bilal Əliyevə ağır itki

“Qardaşlarımın ikisi də 44 yaşında öldü”
Oxunma sayı: 3920

Xalq artisti Bilal Əliyevə ağır itki üz verib.

“Qafqazinfo” AzNews.az-a istinadən xəbər verir ki, sənətkarın 44 yaşlı qardaşı Şöhrət Əliyev dünyasını dəyişib.

Bilal Əliyev məlumatı təsdiq edib: “Şöhrət çox sağlam idi, qəfildən beyninə qan sızdı. Bu gün onun 40 mərasimidir. Özüm bilərəkdən heç kəsə demədim, qışdır, soyuqdur, gəlib-getmək var, insanlara əziyyət verməyək. Hazırda Salyandayıq”.

B. Əliyev qeyd edib ki, bundan iki il əvvəl də daha bir qardaşı 44 yaşında dünyasını dəyişib: “Belə yazılıbmış, qardaşlarımın ikisi də 44 yaşında dünyasını dəyişdi”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi