Qardaşlıq xətrinə Putindən 2 milyard borc istəyir

qardasliq-xetrine-putinden-2-milyard-borc-isteyir
Oxunma sayı: 636

“Müəssisələrin müasirləşdirilməsi üçün bizim 2 milyard dollara ehtiyacımız var. Bu, sadəcə biznes kreditidir. Əgər doğma qardaşıqsa o zaman bir-birimizə kömək etməliyik”, - prezident Aleksandr Lukaşenko bildirib.

Belarus prezidentinin sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin və baş nazir Dmitri Medvedyev onun bu istəyini bir şərtlə həyata keçirəcəklərini söyləyib: “Bu pulla müasirləşdirmə ortaq müəssisələrdə aparılacaq. Onlar mənə dedilər ki, sən konkret siyahını bizə ver ki, biz də ümumi müəssisəyə görə sizə pul verək. Mən də razılaşaraq “ Yaxşı, lakin bu, bir istiqamətdə olmalıdır” cavabını verdim. Mənə yox demədilər. “Bu işə baxacağıq və kömək edəcəyik” dedilər”.