Qarlı hava Bakıya gələn təyyarələrə də təsirsiz ötüşmədi

qarli-hava-bakiya-gelen-teyyarelere-de-tesirsiz-otusmedi
Oxunma sayı: 1983


“Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanından Trend-ə verilən məlumata görə, saat 17:15-də Azərbaycan paytaxtına çatmalı olan İstanbul-Bakı reysini yerinə yetirən təyyarə hava şəraiti ilə əlaqədar saat 18:00-a qədər gecikib.

Saat 17:45-də paytaxta enməli olan Doha-Bakı reysi üzrə hərəkət edən təyyarə isə saat 18:05-dək ləngiyib.

Hazırda hava limanı şosesində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur. Magistralda sürət həddi məhdudlaşdırılıb.

Qarlı hava şəraiti ilə əlaqədar digər aviareyslərin cədvəlində də dəyişikliklər gözlənilir.