Qarşıdurmada polislər yaralandı

qarsidurmada-polisler-yaralandi
Oxunma sayı: 663

“Qafqazinfo”nun “Reuters”ə istinadən əldə etdiyi məlumata görə, minlərlə insan bir neçə hökumət binasına həmçinin Çin Kommunist partiyasının yerli qərargahına və polis bölməsinə hücum edib.
Etiraz edənlərin kərpic və taxtalarla silahlandıqları bildirilir. Qarşıdurmalarda onlarla insanın xəsarət aldığı xəbər verilir.
Üsyançılar torpaqların satışından 156,6 milyon dollar əldə etmiş “Country Garden” tikinti şirkətinə etiraz edilər.
Hakimiyyətin məlumatına görə, etiraz aksiyasında bir neçə yüz insan iştirak edib. Lufen administrasiyasından həmçinin bildirdilər ki, talançılar altı polis maşını çevirib və ondan çox polisi yaralayıblar.