“Qartal” “cimbom”u zirvədə saxladı

qartal-cimbomu-zirvede-saxladi
Oxunma sayı: 647

“Qafqazinfo”nun verdiyi xəbərə görə, “İsmet İnönü” stadionunda “Beşiktaş” “Fənərbaxça”nı qəbul edib.

Lider “Qalatasaray” xal itirdiyindən, “Fənər” 1-ci pilləyə yüksəlmək imkanı əldə etmişdi. Lakin “sarı-lacivərdlilər” bunu bacarmayıb. Ev sahiblərinin üstünlüyü ilə keçən qarşılaşmada 1 top vurulub. Almeyda ilk hissənin son dəqiqəsində “Beşiktaş”a qələbə qazandıran qola imza atıb.

3 may
"Beşiktaş" - "Fənərbaxça" - 1:0
Qol: Almeyda, 45 (1:0)

Beləliklə, sona 2 tur qalmış “Qalatasaray” əzəli rəqibi “Fənərbaxça”nı 3 xal qabaqlayır. Çempion olmaq üçün bu 2 qarşılaşmada “cimbom”a 2 heç-heçə kifayət edir.

1. “Qalatasaray” 4 46
2. “Fənərbaxça” 4 43
3. “Trabzonspor” 4 32
4. “Beşiktaş” 4 31

6 may
“Trabzonspor” – “Fənərbaxça”
“Qalatasaray” – “Beşiktaş”

13 may
“Beşiktaş” – “Trabzonspor”
“Fənərbaxça” – “Qalatasaray”

Ceyhun Əhmədov