“Qaşıqçı cinayəti beynəlxalq araşdırmaya verilməlidir” - Çavuşoğlu

qasiqci-cinayeti-beynelxalq-arasdirmaya-verilmelidir
Oxunma sayı: 1091

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İstanbulda qətlə yetirilən jurnalist Camal Qaşıqçı cinayətinin beynəlxalq araşdırmaya verilməli olduğunu bildirib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə o, parlamentdə çıxışı zamanı deyib:

“Biz cinayətin aydınlaşması üçün mümkün olan hər şeyi edirik. Biz hamıya bütün sübutları təqdim etdik. Ancaq Qaşıqçı cinayəti ilə bağlı beynəlxalq araşdırmanın şərt olduğunu görürürük”.