“Qaşıqçı cinayətindən şahzadənin məlumatı ola bilər” - Tramp

qasiqci-cinayetinden-sahzadenin-melumati-ola-biler
Oxunma sayı: 1246

ABŞ prezidenti Donald Tramp jurnalist Camal Qaşıqçının qətlində vəliəhd şahzadə Məhəmməd bin Salmanın məlumatlı ola biləcəyini deyib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Tramp Amerika kəşfiyyatının Qaşıqçı cinayəti ilə bağlı məlumatları dəyərləndirməyə davam etdiyini bildirib:

“Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın bu işdən məlumatı varmış kimi görünür”.