Qaşıqçı ölümündən 15 gün əvvəl Nüsrətin restoranında olub - Video

qasiqci-olumunden-15-gun-evvel-nusretin-restoraninda-olub
Oxunma sayı: 3785

İstanbulda qətlə yetirilən səudiyyə ərəbistanlı jurnalist Camal Qaşıqçıya aid yeni görüntülər ortaya çıxıb.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, jurnalist ölümündən 15 gün əvvəl məşhur ət restoranı “Nüsrət”də olub.

Restoranın sahibi Nüsrət “Beşiktaş”a yeni transfer olunan Loris Kariusa populyar şousunu göstərəkən Qaşıqçının məkanda olduğu görülür. Jurnalist arxa masaların birində şam edərkən kameralara düşüb.