Qaşıqçının nişanlısı 24 saat mühafizə olunacaq

qasiqcinin-nisanlisi-24-saat-muhafize-olunacaq
Oxunma sayı: 2662

İstanbul Valiliyi oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda yoxa çıxan və öldürüldüyü iddia edilən müxalif jurnalist Camal Qaşıqçının nişanlısı Xədicə Cengizin təhlükəsizliyinin təmin edilməsi barədə qərar qəbul edib.
 
“Qafqazinfo”nun “Milliyet”ə istinadən məlumatına görə, İstanbul Polis İdarəsinin Mühafizə şöbəsi  Xədicə Cengizi 24 saat ərzində qoruyacaq.