Qaşıqçının nişanlısı Avropa Parlamentinə müraciət etdi

qasiqcinin-nisanlisi-avropa-parlamentine-muraciet-etdi
Oxunma sayı: 1942

İstanbulda qətlə yetirilən səudiyyə ərəbistanlı jurnalist Camal Qaşıqçının nişanlısı Haticə Cengiz Avropa Parlamentinə müraciət edib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə parlamentin sədri Antonio Tayani bildirib.

Onun sözlərinə görə, Qaşıqçının nişanlısı təkcə cinayəti törədənlərin deyil, bu işdə əli olanların da hakim qarşısına çıxarılmasını istəyib. Tayani cinayətin ədalətli araşdırılacağına əminliyini ifadə edib.