Qasırğa Avropanı da cənginə aldı

Qasırğa Avropanı da cənginə aldı
Oxunma sayı: 821

Belçika, Hollandiya, İtaliya, İngiltərə, Danimarka, Almaniya və Fransa başda olmaqla Avropanın qərbində və cənubunda qasırğa hökm sürür.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, qasırğanın sürəti saatda 120 km, bəzi yerlərdə isə 140 km-ə çatacağı bildirilir.

Bəzi bölgələrdə evlərin damı uçub, ağaclar kökündən çıxıb.

Hollandiyada bütün növ nəqliyyat vasitələrinin hərəkətində gecikmələr yaşanmağa başlayıb. Ağacların aşması nəticəsində 4 nəfər yaralanıb.

İtaliyada küçələri sel basması nəticəsində 8 nəfər ölüb. Ölkəyə 1 milyard avro zərər dəydiyi bildirilir.

İngiltərədə isə 70 min ev və iş mərkəzi işıqsız qalıb.

Qeyd edək ki, Şimali Amerika qitəsində 10 günə yaxındır “Harvey” və “İrma” qasırğaları böyük dağıntılara səbəb olur. Qasırğanın miqyası artmaqdadır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi