Qasırğa Avstriyaya ciddi zərər vurub - Foto

Qasırğa Avstriyaya ciddi zərər vurub
Oxunma sayı: 318

“Hervart” qasırğası Avstriya iqtisadiyyatına ciddi zərər vurub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, təkcə paytaxt Vyanada zərərin həcmi on milyon avrodan çoxdur.

Məlumata əsasən, hazırda fövqəladə hallar xidmətinin əməkdaşları təbii fəlakətin nəticələrinin aradan qaldırmağa çalışır. Güclü külək elektrik xətləri, ictimai nəqliyyat, eləcə də hava limanlarına zərər vurub. Vyanada həftəsonu yanğınsöndürmə və digər qurumların 350-dən artıq əməkdaşı fasiləsiz iş rejiminə cəlb edilib.

Metereoloqlar qasırğa zamanı küləyin 180 km/saat olduğunu açıqlayıblar. 




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi