Qasırğa qurbanlarının sayı 200-ü keçdi

qasirga-qurbanlarinin-sayi-200-u-kecdi
Oxunma sayı: 655

Tropik “İday” qasırğasının səbəb olduğu daşqınlar nəticəsində Mozambikdə ölənlərin sayı 200-ü keçib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkə prezidenti Filipe Nyusi bəyanat verib. 

Dövlət başçısı bildirib ki, siklon Mozambiki tərk edənə kimi ölü sayı 1000-i keçə bilər. 

Əlverişsiz hava şəraiti ilə əlaqədar baş verən dağıntılar və elektrik enerjisinin verilişindəki fasilələr Zimbabve və Malavidə də müşahidə edilir. Zimbabvedə 60 nəfərin öldüyü bildirilir.