Çatma qaşları ilə moda aləmində fərqlilik yaradan Sofiya Hacıpanteli onu qəbul etməyənlərə “meydan oxuyur”.
“Qafqazinfo” xəbər verir ki, səliqəli və incə qaşlara üstünlük verildiyi indiki dövrdə Sofiya bütün qayda-qanunları rədd edir.
“Qaşlarım bitişikdir, çünki mən belə istəyirəm” deyən model bir sıra markadan reklam təklifləri aldığını bildirib. Sofiya özünü belə gözəl hiss etdiyini söyləyib.