QAT BMT-yə müraciət edib

qat-bmt-ye-muraciet-edib
Oxunma sayı: 640

“Qafqazinfo”nun məlumatına görə, müraciətləri QAT Ağsaqqallar Şurasının üzvləri sabiq baş nazir Rəhim Hüseynov, akademik Cəlal Allahverdiyev, Beynəlxalq Ekonomika, Ekologiya, Energetika Akademiyasının üzvü Telman Əliyev, professorlar Yusif Səmədov, İxtiyar Bəxtiyarlı, Valeh Baxşəli, hüquq müdafiəçisi Allahverdi Nuriyev, Şuranın icraçı katibi Asif Məmmədov, həmçinin tanınmış ictimai xadimlər Milli Məclisin sabiq sədri Yaqub Məmmədov, sabiq dövlət katibi Midhət Abbasov, AMEA-nın müxbir üzvləri Rafiq Əliyev, tarixçi professor Cəmil Həsənli, sabiq təhsil naziri Firidun Cəlilov, professor Yusif Qəmbərov və digərləri imzalayıblar.
Mətbuat konfransının iştirakçıları hesab etdiklərni bildiriblər ki, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində beynəlxalq səylər gücləndirilməli, torpaqlarımızın işğaldan azad edilməsi, qaçqın və köçkünlərin öz yurdlarına qaytarılması üçün artıq konkret addımlar atılmalıdır. Dağlıq Qarabağ məsələsi BMT Baş Assambleyasında geniş şəkildə müzakirə olunmalı, işğalçı ilə işğala məruz qalan tərəf arasında balanslaşdırılmış yanaşmaya son qoyulmalı, işğalçı öz adı ilə adlandırılmalıdır. Baş Assambleya BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin, digər qərarların yerinə yetirilməsini təmin etməlidir. Minsk Qrupuna həmsədrlik edən ölkələrin prezidentəri münaqişənin nizama salınmasına öz paylarını verməli, qeyri-müəyyənliyə son qoymalıdırlar.
Mətbuat konfransının iştirakçıları müraciətlərinə diqqətlə yanaşılacağına və nəzərə alınacağına ümid edirlər.