QAT hakimiyyətin qarşısına tələb qoydu

qat-hakimiyyetin-qarsisina-teleb-qoydu
Oxunma sayı: 642

“Qafqazinfo”nun məlumatına görə, təşkilat görüş ərəfəsində erməni tərəfinin rəsmi və qeyri-rəsmi səviyyələrdə manipulyasiya etdiyini, danışıqların nəticələri ilə bağlı məsuliyyəti Azərbaycanın üzərinə qoymağa çalışdığını bildirib. QAT vəziyyətin bu həddə gəlib çatmasında məsuliyyətin Azərbaycan diplomatiyasının üzərinə düşdüyünü qeyd edib: “Məhz Azərbaycan diplomatiyasının təqsiridir ki, Minsk qrupu həmsədrləri ədalətsiz həll prinsiplərini təklif edir, işğalçı Ermənistan isə heç nə olmamış kimi həyasız iddialarla çıxış edir. “Madrid prinsipləri” deyilən sənədin içərisində Dağlıq Qarabağdakı qondarma rejimə aralıq statusunun verilməsi, Laçın dəhlizinin ermənilərin ixtiyarına buraxılması təklifləri həddindən artıq təhlükəlidir və heç bir halda bu təkliflərə razılaşmaq olmaz”.

QAT hesab edir ki, Azərbaycanın Kazan görüşündə heç bir güzəştə getməməli birmənalı olaraq işğalçı Ermənistana qarşı sanksiyaların tətbiq olunmasını tələb etməlidir: “Beynəlxalq təşkilatlar bu günə qədər işğalçı Ermənistana qarşı nə üçün sanksiya tətbiq etmədiklərini izah etməlidirlər. Onlar Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasını istəyirlərsə, onda işğalçı Ermənistana qarşı sanksiyalar tətbiq etməlidirlər. Əks halda, Azərbaycan Kazan görüşündən sonra dərhal işğalçı Ermənistana qarşı hərbi əməliyyatlara başlamalıdır”.

Səidə