QAT parlamentə müraciət etdi

qat-parlamente-muraciet-etdi
Oxunma sayı: 640

“Qafqazinfo”nun məlumatına görə, 20 noyabr tarixinin “Erməni terroru qurbanlarının xatirə günü” kimi qeyd olunmasının təklif olunduğu məktubda deyilir: “Biz əvvəlki illərdə də bu məsələ ilə bağlı Sizə müraciət etmişdik, lakin bir cavab ala bilməmişdik. Erməni terror aktı nəticəsində münaqişə zonasına gedən vertolyot vurulmuş, Azərbaycanın dövlət adamları, ictimai xadimlər, jurnalistlər, xarici müşahidəçilər xüsusi amansızlıqla qətlə yetirilmişlər. Bu və digər hadisələr Ermənistanda terrorun dövlət siyasəti səviyyəsində həyata keçirildiyini əyani şəkildə göstərmişdir. Bu gün Ermənistanda həmin terrorçu rejim hakimiyyətdədir. Ermənistan 1988-1994-cü illər ərzində Azərbaycan ərazisində 32 iri terror aktı törətmiş, 2 mindən artıq adam bu terror aktlarının qurbanına çevrilmişdir. Erməni terrorunun qurbanlarının xatirəsinin əbədiləşdirilməsi və ermənilərin terrorçu mahiyyətinin bütün dünyaya bir daha nümayiş etdirilməsi vacib məsələlərdəndir. Ona görə də təklif edirik ki, Milli Məclisin növbəti iclasında 20 noyabr terroru ilə bağlı məsələyə baxasınız və həmin tarixin “Erməni terroru qurbanlarının xatirə günü” kimi qeyd olunması haqda qərar qəbul edəsiniz”.

Təşkilat bu qərarın qəbul olunmasının erməni terrorunun qurbanı olmuş minlərlə soydaşımızın, o cümlədən 1905-1906, 1918-1920-ci illərdə və sonrakı dövrlərdə, həmçinin çağdaş tariximizdə qətlə yetirilmiş insanlarımızın xatirəsinin anılması üçün vacib hesab edir. QAT, həmçinin bu tarixin qeyd olunmasının Ermənistan rejiminin terrorçu mahiyyətinin ifşa edilməsi üçün ciddi rol oynaya biləcəyini vurğulayıb.