“Qatar Airways” Azərbaycana ilk uçuşunu etdi

qatar-airways-azerbaycana-ilk-ucusunu-etdi
Oxunma sayı: 637

“Qafqazinfo” xəbər verir ki, bu gün Dohadan gələn ilk reysin qarşılanma mərasimi olub. "Qatar Airways" şirkətinin baş icraçı direktoru Əkbər Əl Bəkir deyib ki, təyyarə Bakıdan çərşənbə axşamı, cümə axşamı və cümə günləri Bakı vaxtı ilə saat 18:00-da, bazar ertəsi, çərşənbə, şənbə və bazar günləri isə saat 22:30-da uçacaq. O, qeyd edib ki, bu aviareys şirkətin 2012-ci ildə dünya üzrə uçuş istiqamətlərinin genişləndirilməsi proqramının başlanğıcıdır. Aviareyslər həftənin hər günü yerinə yetiriləcək və Tiflisədək davam edəcək. Bakıdan Dohaya uçuşlar həftənin 2-ci, 4-cü və 5-ci günləri saat 18:00-da, 1-ci, 3-cü, 6-cı və 7-ci günləri isə saat 22:30-da yerinə yetiriləcək: “Bakıya uçan yeganə beşulduzlu hava şirkəti olaraq Azərbaycan xalqına xidmət etməkdən qürur dyuruq”..

“Airbus A320” təyyarəsi ilə yerinə yetiriləcək aviareyslərdə “biznes” sinfə aid 12 yer, “ekonom” sinfə aid 132 yer təklif olunur.

Qeyd edək ki, “Gatar Airways” aviaşirkəti 2012-ci ildə Kiqali (Ruanda), Zaqreb (Xorvatiya), Pert (Avstraliya), Mombasa (Keniya), Zənzibar (Tanzaniya), Helsinki (Finlandiya) və Qasım (Səudiyyə Ərəbistanı) istiqamətlərdə aviareyslər açılmasını planlaşdırır.

Nigar Məmmədli