Qatar kişinin üstündən keçdi - Gəncədə dəhşət

qatar-kisinin-ustunden-kecdi
Oxunma sayı: 649

Gəncə şəhər sakini elektrovozun altında qalıb.

"Qafqazinfo" APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini 1959-cu il təvəllüdlü Quliyev Şahin Mayıl oğlu ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Ş. Quliyev dəmir yolu xəttinin kənarında sol qolu kəsilmiş vəziyyətdə aşkarlanıb.
 
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.