Qatar mikroavtobusla toqquşdu - Xəsarət alan var

qatar-mikroavtobusla-toqqusdu
Oxunma sayı: 1403

Estoniya paytaxtı Tallində qatarla mikroavtobus toqquşub.

“Qafqazinfo” xarici KİV-ə istindən xəbər verir ki, bu barədə polis məlumat yayıb.

Məlumata əsasən, insident Saue qəsəbəsindəki dəmiryol kəsişməsində qeydə alınıb. Mikroavtobus işıqforun qırmızı işığında yolu keçməyə çalışıb. Nəticədə qatarla toqquşub. Hadisə zamanı avtobus sürücüsü xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Qəza baş verən anda qatarda 7 sərnişin olub. Onlardan heç biri xəsarət almayıb.