Qatar qəzası nəticəsində ölənlərin sayı 18-ə çatıb - Foto

qatar-qezasi-neticesinde-olenlerin-sayi-18-e-catib
Oxunma sayı: 1310

Cənubi Afrika Respublikasında qatar yük maşını ilə toqquşması nəticəsində ölənlərin sayı artıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə  “eNCA” telekanalı məlumat yayıb.

Məlumata əsasən, qatar Hennenmandan  Krunstad şəhəri istiqamətində irəliləyirmiş. Toqquşmanın təsiridən qatarın bir neçə vaqonu relsdən çıxaraq aşıb. İnsident nəticəsində 18 nəfər ölüb, daha 260 nəfər isə xəsarət alıb. Hadisə baş verən zaman qatarda 713 sərnişin olub. 

Daha əvvəl ölənlərin sayının 12 nəfər olduğu bildirilirdi.

İlkin ehtimala görə, hadisə yük maşınının sürücüsün səhvi nəticəsində baş verib. Belə ki, sürücü qadağan edici siqnala baxmayaraq yolu keçməyə çalışıb.

Faktla bağlı araşdırmalar davam edir.