Qatar təyyarəyə çevrilir - Yeni layihə + Video

qatar-teyyareye-cevrilir
Oxunma sayı: 4738

Fransanın “Akka Techonologies” şirkəti təyyarə və qatarın hibridini təşkil edən “Link & Fly” adlı yeni layihə hazırlayıb.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, “Link & Fly” yerə eniş vaxtı qanadlarını yığaraq yolunu adi qatar kimi davam edir.

Təyyarənin ölçüləri “Airbus A320” ilə müqayisə edilə bilər: qanadlarının kənar nöqtələri arasındakı məsafə 49 metr, uzunluğu 34 metr, hündürlüyü isə 8 metr təşkil edir. Hava gəmisi 160 sərnişin daşımaq imkanına malikdir.