Qatardan çıxan qığılcım 8 evi yandırdı - Yaralılar var

qatardan-cixan-qigilcim-8-evi-yandirdi
Oxunma sayı: 2468

Almaniyanın Ziqburq şəhərində qatardan çıxan qığılcım 8 evi külə döndərib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Köln-Frankfurt istiqamətində hərəkət edən sürət qatarından sıçrayan qığılcım evlərdən birinə düşüb. Yüksək temperatur nəticəsində alov daha sürətlə yayılaraq 8 evi əhatə edib.

Polisə görə 40, yanğınsöndürənlərə görə isə 12 nəfər yaralanıb. Kölnlə Frankfurt arasındakı dəmir yolu xətti bağlanıb.