Qatarla yük maşını toqquşub, 12 ölü, 260 yaralı var

qatarla-yuk-masini-toqqusub-12-olu-260-yarali-var
Oxunma sayı: 1744

Cənubi Afrika Respublikasında dəmir yolu qəzasında azı dörd nəfər ölüb, təxminən 100 nəfər xəsarət alıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, qəza sərnişin qatarı ilə yük maşınının toqquşması nəticəsində baş verib. 

Şahidlərin sözlərinə görə, bəzi vaqonlar relsdən çıxıb və yanıblar. 

***

Qəzada ölənlərin sayı 12-yə çatıb, yaralı sayı isə 260-a yüksəlib.