Qaxa ilk qar yağdı - Foto

qaxa-ilk-qar-yagdi
Oxunma sayı: 6042

Qax rayonuna ilk qar yağıb.

"Qafqazinfo" xəbər verir ki, Azərbaycanın şimal-qərb bölgəsində hökm sürən qeyri-sabit hava şəraiti səbəbindən gecə saatlarında rayonun İlisu kəndini əhatə edən Böyük Qafqaz sıra dağlarının zirvələrinə qar düşüb.

Qeyd edək ki, İlisu kəndi dəniz səviyyəsindən 1400 metr yüksəklikdə yerləşir. Qarın yağdığı zirvələr isə dəniz səviyyəsindən 3462 metr yüksəklikdədir.

Mübariz Muradov