Qaxda 52 yaşlı qadını “tok” vurdu

qaxda-52-yasli-qadini-tok-vurdu
Oxunma sayı: 1708

Qax rayonunda qadını elektrik cərəyanı vurub.

“Qafqazinfo”nun "Report"a istinadən məlumatına görə, rayonun Tasmalı kənd sakini, 1966-cı il təvəllüdlü Müslümət Fazil qızı Məmmədovanı yaşadığı evdə elektrik cərəyanı vurub. Ağır xəsarət alan M.Məmmədova dərhal Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Yaxınlarının bildirdiyinə görə, hadisəyə 52 yaşlı qadınının ehtiyatsızlıqdan yaşadığı evdə elektrik naqilinə toxunması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.