Qaxda ağır yol qəzası - Yaralananlar var + Fotolar

qaxda-agir-yol-qezasi
Oxunma sayı: 1738

Yevlax -Gürcüstan yolunun 93- cü kilometrliyində ağır yol qəzası baş verib.

“Qafqazinfo”nun verdiyi məlumata görə, Qax rayonunun Qorağan kənd ərazisindən keçən hissəsində Zaqatala sakini 1955-ci il təvəllüdlü Məmmədvəli Nəsibovun idarə etdiyi 08 BJ 023 dövlət qeydiyyat nişanlı “KİA” markalı avtomobillə “VAZ 21 07” markalı minik avtomobili toqquşub.

Hadisə nəticəsində xəsarət alanlar var. Yaralı şəxslər Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

***

Qəza nəticəsində “VAZ 21 07” markalı avtomobilin sürücüsü 1970-ci il təvəllüdlü Əliyev Elmir Məhəmməd oğlu, Almalı kənd sakini Əfəndiyev Əhməd Nüsrət oğlu xəsarət alıb.

Digər üç nəfər isə ambulator müayinə olunaraq evə buraxılıb.

Mübariz