Qaxda dağlıq ərazidə kişi meyiti tapıldı

qaxda-dagliq-erazide-kisi-meyiti-tapildi
Oxunma sayı: 1986

Qaxda mürəkkəb relyefli yüksək dağ massivində kişi meyiti tapılıb.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, Qax şəhər sakini Radiq Eldar oğlu Əsgərovun meyiti nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasedici dəstəsi tərəfindən çətin keçilən ərazidən çıxarılıb. 

Meyit aviasiya dəstəsinin “Mi-17” helikopteri ilə Qax rayon mərkəzinə gətirilərək prokurorluq əməkdaşlarına təhvil verilib.

Bildirilir ki, R.Əsgərov ərazidə yıxılaraq aldığı ağır xəsarətlərdən ölüb.