Qax rayonunun İlisu kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə yanğın başlayıb.
“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və texnikası yanğınsöndürmə işlərinə cəlb olunub.
İlkin məlumata görə, ərazidə quru ot və kol-kos yanır.
Nazirlikdən bildirilib ki, yanğının meşə zolağına keçmə təhlükəsi yoxdur.
***
FHN-dən verilən məlumata görə, Qax rayonu, İlisu kəndində dağlıq ərazidə 2 ha sahədə quru ot və kol-kos yanıb. Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb