Qaxda gənc oğlanı çaqqal dişlədi

qaxda-genc-oglani-caqqal-disledi
Oxunma sayı: 2555

Qaxda bir nəfəri çaqqal, daha bir nəfəri isə sahibsiz it dişləyib.

“Qaqafazinfo” APA-ya istinadən xəbər verir ki, rayonun Əlibəyli kənd sakini 1990-cı il təvəllüdlü Qiorqi Hato oğlu Qiqlişvili yırtıcı heyvan, axşam saat 19 radələrində isə rayonun Güllük kənd sakini 1985-ci il təvəllüdlü Balay Yaqub oğlu Mənəfov isə it hücumuna məruz qalıb.

Xəsarət alan hər iki şəxs Qax Mərkəzi Rayon Xəstəxansına yerləşdiriliblər.

Çaqqal Q.Qiqlişvilini yaşadığı evin həyətyanı sahəsinə giriş qapısının yanında sağ ayağından dişləyib. Balay Mənəfova isə Qax şəhəri ərazisində sahibsiz it hucum edərək sol ayağın baldır nahiyəsindən dişləyib.

Hər iki şəxsə xəstəxanada lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.