Qaxda kişi ilə qadın dəm qazından zəhərlənib

Qaxda kişi ilə qadın dəm qazından zəhərlənib
Oxunma sayı: 674

Qaxda iki nəfər dəm qazından zəhərlənib.

“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, bu gün saat 11 radələrində Qax şəhəri, M. Məmmədov küçəsində yaşayan 1998-ci il təvəllüdlü Nihad Kamran oğlu Heydərov, axşam saat 20 radələrində isə Qax şəhəri M. Ə. Rəsulzadə küçəsi dalan 1 ev 1 ünvanında yaşayan 1998-ci il təvəllüdlü Günel Ramiz qızı Məmmədli zəhərlə əlamətləri ilə Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olublar.
 
MRX-dan bildirilib ki, müayinə zamanı Nihad Heydərov və Günel Məmmədlinin hərənin öz yaşadıqları ünvanlarda vanna otağında dəm qazından zəhərləndikləri məlum olub. Həkim müdaxiləsindən sonra Nihad Heydərovun və Günel Məmmədlinin vəziyyətləri stabilləşib, müalicələri reanimasiya şöbəsində aparılır.

Hər iki faktla bağlı araşdırma aparılır. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi