Qaxda maşınlar toqquşdu, nənə və nəvə yaralandı - Fotolar

qaxda-masinlar-toqqusdu-nene-ve-neve-yaralandi
Oxunma sayı: 1250

Qax rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo" xəbər verir ki, hadisə gecə saatlarında rayonun Heydər Əliyev prospektində baş verib.

Belə ki, Qax sakini Elvin Osmanovun idarə etdiyi "VAZ 21099" markalı avtomobillə "Mercedes" markalı avtomobil toqquşub. Hadisə nəticəsində "VAZ 21099"da olan sərnişinlər - sürücünün anası, 51 yaşlı Bəsti Osmanova və sürücünün qardaşı oğlu, 9 yaşlı Osmanlı Nurlan xəsarət alıb. Xəsarət alanlar təcili tibbi yardım maşını ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla baglı araşdırma aparılır.

Mübariz Muradov