Qaxda yol qəzası, yaralı var

qaxda-yol-qezasi-yarali-var
Oxunma sayı: 1737

Qax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.  

"Qafqazinfo"nun məlumatına görə, hadisə axşam saatlarında Qax-Qıpçaq yolunun 10-cu kilometrliyində, rayonun Keşqutan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1956-cı il təvəllüdlü Mircəlal Kərim oğlu Nəsrullayevin idarə etdiyi 99-KX-126 dövlət qeydiyyat nişanlı "Opel Vectra" markalı avtomobil idarəetmədən çıxaraq, meşəlik əraziyə aşıb.

Nəticədə sürücü aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov