Qayda pozan sürücünü qovan polis qəzaya düşdü - Video

qayda-pozan-surucunu-qovan-polis-qezaya-dusdu
Oxunma sayı: 636

Bakının Sahil Qəsəbəsində dəhşətli qəza baş verib.

“Qafqazinfo” xəbər verir ki, Baku.ws-in hadisə şahidlərindən əldə etdiyi məlumata görə, YPX avtomobili "Mercedes" markalı avtomobilə çırpılıb. Qəzaya səbəb YPX avtomobilinin "Mercedes" sürücüsünü qovması olub. 

Yüksək sürət yığan "Mercedes" sürücüsü idarətməni itirib və qəza edib. Nəticədə YPX avtomobili də "Mercedes"ə çırpılıb. Qəza zamanı ölən olmasa da bir neçə nəfər yaralanıb. 

Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən xəbərdə isə bildirilib ki, yol polisi həmin vaxt heç kimi təqib etməyib. Bakı-Ələt-Astara yolunun 26-cı km-də "VAZ" və "Mercedes" markalı avtomobillər toqquşub. Bu zaman hadisə yerinə Qaradağ postunun 99 YP 851 nömrə nişanlı patrul maşınında xidmət aparan inspektorları yaxınlaşıb. Onlar avtomobili qəza yerində saxlayaraq başqa maşınların kənardan keçməsini təmin etmək üçün sayrışan işıqları yandırıblar və qəzaya düşən sürücülərə kömək ediblər. Bu zaman arxadan sürətlə hərəkət edən "Reno" markalı avtomobil DYP maşınına dəyərək qəza törədib. Qəza zamanı ağır xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.