Qayınanası bağışlasa da, 6 ildən çox həbs yatacaq

qayinanasi-bagislasa-da-6-ilden-cox-hebs-yatacaq
Oxunma sayı: 1481

Bakı Ağır Cinayətlər Məhkəməsində qayınanasını bıçaqlamaqda təqsirləndirilən 1986-cı il təvəllüdlü Naiq İsgəndərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Faiq Qəniyevin icraatında olan prosesdə cəza istənilib.

Dövlət ittihamçısı çıxış edərək  N.İsgəndərovun 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 
Qayınana H.Qurbanova məhkəmədə kürəkəni ilə barışdığını deyib və onun 2 azyaşlı övladı olduğu üçün bağışlanılmasını istəyib.

Qeyd edək ki, N.İsgəndərov ailə münaqişəsi zəminində qayınanası H.Qurbanovannı bıçaqlayıb. Belə ki, 1961-ci il təvəllüdlü Hürü Qədim qızı Qurbanova qızı Leylanın evinə qonaq gəlib. Bu zaman görüb ki, kürəkəni İsgəndərov Naiq Cavan oğlu öz həyat yoldaşı Leylanı döyüb. Səbəb isə ərlə arvad arasında ona məxsus olan evin satılması ilə bağlı olub.

Bir müddət tikintidə fəhlə işləyən Naiq, uzun müddət işsiz qaldığı üçün evini satmaq istəyib. Həyat yoldaşı Leyal isə evin satılmasına razı olmayıb. Hürü Qurbanova qızı ilə kürəkəni mübahisə edən zaman onları sakitləşdirmək istəsə də, nəticədə Naiq İsgəndərov tərəfindən bıçaqlanıb.

Murad Əhməd