Qayınanasını öldürənə 16 il həbs verildi

Qayınanasını öldürənə 16 il həbs verildi
Oxunma sayı: 497

Bu gün Bakı Bakı Ağır Cinayətlər məhkəməsində qayınanasını öldürməkdə təqsirləndirilən 1992-ci il təvəllüdlü Elçin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Eldar Mikayılovun icraatında olan prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə E.Hüseynov 16 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə Xəzər rayonundakı Vərəm Dispanserində baş verib. Dispanserdə tibb bacısı işləyən, 1971-ci il təvəllüdlü Fərqanə Mürsəlova qızının əri, 1992-ci il təvəllüdlü Elçin Hüseynov tərəfindən bıçaqlanaraq öldürülüb. E.Hüseynovun arvadı onunla mübahisə edərək anasıgilə gedib. E.Hüseynov qayınanasının iş yerinə gələrək qızını geri qaytarmasını tələb edib. F.Mürsəlovanın kürəkəninn tələbini rədd etməsi qətllə nəticələnib.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi